İyn 27

Bipolyar pozuntu

Spread the love

Əhvalın dəyişməsi sağlam insan üçün də təbii hal hesab olunur. 

 

Bipolyar sözünün tərcüməsi – “bi” – latınca iki, “polyar” – qütblü deməkdir. Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnən xəstəlikdir. Bipolyar pozuntu zamanı insan emosiyalarının “kənar qütblərində” uzun müddət (həftlələrlə və ya aylarla) qalır.

Belə insanlar eyni bir mövzuya müsbət, daha sonra isə həmin mövzu olara cəlbedici gəlməyə bilər və tamamilə əks mövqedən yanaşa bilərlər. Bəzən daha enerjili bəzənsə yaşadıqları həyatın mənasız olduğu düşüncəsinə də qapıla bilərlər. Ancaq bu xəstəlikdən əziyyət çəkən insanlarda emosianal dəyişimi çox güclü şəkildə görmək mümkündür. Hətta bu insanın maniakal depressiv vəziyyətə də çatdıra bilir.

Bu xəstəlik həm çox ciddi həm də üstünə tez bir zamanda düşülərsə və düzgün müalicə nəticəsində uzaqlaşdırılması mümkün xəstəlikdir. Düzgün müalicə vasitəsilə nəzarət altına alına bilər və idarə olunması mümkün xəstəlikdir. Ancaq vaxtında müdaxilə olunmazsa ağır depressiya ilə nəticələnər və bu xasiyyət dəyişimi aylarla özünü göstərə bilər. Bu zaman isə xəstəliyin belə əlamətləri yaranır :

Əhval-ruhiyyənin enməsi

İnsan heçnəyə maraq göstərmir, əvvəllər müsbət emosiyalar doğuran şeylər ona zövq vermir

İş qabiliyyəti enir, tez yorulur

Fikir dağınıqlığı

Özünə qarşı inamsızlıq

Gələcəyi haqqında ümidin olmaması

Ölüm haqqında tez-tez düşünməsi və intihar fikriylə dolaşması

Yuxu və iştah pozuqluğu

Mənbə: http://aile.fenomen.az/mutexessisler/1303-bipolyar-pozuntu-ndr-.html

Rəylər

Rəy

Bir cavab yazın

Your email address will not be published.