İyn 11

Hobbilərlə pul qazanmağın yolları

Spread the love

Əylənərək pul qazanmağın mümkün olmadığını düşünməyin, hobbilərinizlə də məşğul olaraq pul qazanmaq mümkündür.

Əyləncəli vaxt keçirmək üçün tez-tez hobbilərə ehtiyac duyuruq. Bu hobbilərlə əylənərkən belə pul qazana bilərsiniz.

Birlikdə pul qazandıran hobbiləri nəzərdən keçirək…

Youtube

İnternetdə hər kəsin bir və ya bir neçə Youtuberiizlədiyini düşünürük. Videolar çəkməyi sevirsinizsə və kamera önündə durmaqdan zövq alırsınızsa, bununla pul qazana bilərsiniz. Youtube-də kanal aça və burada videolarınızı paylaşa bilərsiniz. “Məni kim və nə üçün izləsin?” deyə düşünməyin. İnsanlar həmişə fərqli üzlər görmək istəyirlər. Ancaq kanalınızın daim aktiv olmasını istəyirsinizsə, əyləncəli və məlumatlandırıcı olmağına diqqət etməlisiniz.

Avtomobil təmiri

“Bu necə hobbidir?” deməyin. Həqiqətən bir şeyləri təmir etmək maraqlı hobbilər arasında yer alır. Şəxsi maşınınız varsa və bu maşının kiçik problemlərini təmir edirsinizsə və bundan məmnun olursunuzsa, deməli sizin hobbiləriniz sırasında maşın təmiri də vardır. Bunu pul qazanmağa çevirməyin ən yaxşı yolu isə dostlarınızın, qohumlarınızın maşınlarını təmir etməkdir. Bu iş üçün bir qaraja ehtiyacınız olacağını da söyləməyimizə ehtiyac yoxdur. Avtomobil təmirində qısa müddətdə yüksək gəlir əldə etmək isə antika avtomobilləri təmir etməklə mümkündür.

Rəsm çəkmək

Dünyanın ən qədim hobbiləri arasında yer alan Rəsm ən yaxşı hobbilərdəndir! Dünyada milyonlarca insan tərəfindən seçilən bir hobbi olaraq bununla pul qazanmaq şansı çok yüksəkdir. Əgər qara qələminizə və ya sulu boya fırçanıza güvənirsinizsə, professional rəsmlər üçün özünüzü inkişaf etdirməyə çalışın. Əgər rəsmləriniz satılacaq qədər diqqət çəkmirsə, kurs açarak şagirdlərə dərs keçərək buradan da gəlir əldə etməyiniz mümkündür. Şagirdlər tapmaq üçün sosial şəbəkədə bir səhifə açmağınız kifayətdir. Facebook qrupları bu mövzuda yaxşı seçimdir.

Piano

Yaxşı pianoçusunuz? Bununla pul qazanmaq üçün kurs açmağı niyə düşünmürsünüz? Piano kursuna qoşulmaq istəyənləri tapmaq üçün yenə sizə xüsusilə Facebook və İnstagram-ı məsləhət görürük. Burada axtardığınızı tapa bilərsiniz.

Gülçülük

Ağaclardan, bitkilərdən, torpaqdan xoşunuz gəlirsə, meyvə – tərəvəz və göbələk yetişdirməklə hobbinizlə pul qazanmağınız mümkündür. Təbii meyvə və tərəvəzlər normal qiymətinin 2-3 qatına satışa verilir. Sizə yaxıın marketlərə bu məhsulları topdan satış qiymətinə satmağınız mümkündür.

Turist rəhbərliyi

Xarici dil biliyiniz varsa, həm gəzə, həm də pul qazana bilərsiniz. Turist rəhbəri olmağınız üçün tarixi əsərlər haqqında çoxsaylı biliklərə ehtiyacınız yoxdur, çünki bu haqqda sizə verilən kitabçadakı məlumatları təqdim edəcəksiniz. Dərhal bir tur operatoruna zəng edərək bu işlə məşğul olmaq istədiyinizi deyə bilərsiniz. Səyahət etmək dünyadakı ən əyləncəli hobbilərdən biridir, bunu sevməyən çox az sayda insan var.

Yemək hazırlamaq

Pul qazandıran hobbilər siyahısı hazırlayıb və bu siyahıya yemək hazırlamağı əlavə etməmək mümkün deyil. Xüsusilə qadınlar və son illərdə bir çox kişi tərəfindən də bu hobbi hal-hazırda pul qazanmaq mənbəyidir. Siz də evinizdə ləzzətli yeməklər hazırlaya biləcəyinizə inanırsınızsa, ilk mərhələdə sadəcə yaşadığınız ərazidə, qonşulara sataraq başlaya bilərsiniz. Əgər məmnun qalarlarsa, qısa zamanda satış etdiyiniz insanlar sizin reklamınızı siz istəmədən də edəcək və günlük 10-20 telefona cavab vermək məcburiyyətində qalacaqsınız.

Yazarlıq

Hekayə, roman, cizgi filmi… Nə olduğunun fərqi yoxdur. Hansı hobbiləriniz arasında yer alırsa ona yönəlin. Xüsusilə Google və Apple-nin marketlərindən kitab satışı etməyinizi məsləhət görürük. Hazırladığınız kitabı çap etmə xərclərindən də beləcə xilas olmuş olacaqsınız.

Mənbə: https://www.karliisfikirleri.com/para-kazandiran-hobiler-eglenerek-kazanin/

 

Rəylər

Rəy

Bir cavab yazın

Your email address will not be published.