İyn 20

Kim ALLAHla imanında heç bir şəkk etmədən qarşılaşarsa cənnətə daxil olar və ALLAH ona cəhənnəmi haram edər

Spread the love

Muaz (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərlə ﷺ birlikdə onun Ufeyr adlı uzunqulağına minmişdim.

(Mən Peyğəmbərin ﷺ tərkində ikən) o dedi: “Ey Muaz, bilirsən Allahın qulları üzərindəki haqqı və qulların da Allah üzərindəki haqqı nədir?”

Mən: “Allah və Onun rəsulu daha yaxşı bilir!” dedim.

O buyurdu: “Allahın qulları üzərindəki haqqı, qulların Ona ibadət edib heç kəsi Ona şərik qoşmamalarıdır. Qulların Allah üzərindəki haqqı isə, Ona heç nəyi şərik qoşmayan qullarına əzab verməməsidir.”

Mən dedim: “Ya Rəsulullah, bu xəbərlə camaatı müjdələyimmi?”

O buyurdu: “Müjdələmə, (yoxsa) onlar (buna) arxayın olacaqlar.”

Rəylər

Rəy

Bir cavab yazın

Your email address will not be published.