May 18

Kofe içməyin faydaları

Spread the love

Kofe içməyin elmlə sübut olunan 9 Faydası

Son zamanlarda, sevimli səhər içkimiz haqqında bir çox müzakirələr var. Şübhəsiz ki, bu cür müzakirə haqqında düzgün nəticəyə nail olmaq üçün elmi bir yanaşma daha yaxşıdır. Alimlər deyirlər ki, kofe içmək zərərli deyil və eyni zamanda sağlamlığınıza müsbət təsir göstərə bilər. Məsələn, kofekolikler ümumiyyətlə yaşıdlarından daha gənc görünürlər və bəzi ürək-damar xəstəliklərə daha az məruz qalırlar.

Kofenin sağlamlığa təsiri haqqında bir neçə xüsusiyyəti aşağıda paylaşırıq:

1. Serroz Riskini Azaldır

İtaliyadakı Mario Negri İnstitutundakı elm insanları kofe istehlakının qaraciyərdəki Serroz meydana gəlməsi riskini 50%-ə qədər azalda biləcəyini kəşf etdi.

2. Alzheimer və Parkinson xəstəliyi riskini azaldır.

Tampa’da olan Alzheimer Xəstəlikləri Araşdırma Mərkəzindəki elm insanları, kofe istehlakının Alzheimer meydana gəlməsinə təsirini araşdırmaq üçün bir təcrübə apardı. Araşdırma nəticəsində, gündə 3 fincan kofe içmənin, xəstəliyin əmələ gəlmə riskini 65% -ə qədər azalda biləcəyi məlum oldu.

Braziliyanın Santa Catarina Federal Universitetindəki araşdırmaçıları, nizamlı olaraq kofe içmənin Parkinson xəstəliyi meydana gəlməsini  20% nisbətində azalda biləcəyini söylədi.

3. Xərçəng xəstəlikləri Riskini azaldır
Keçmiş illərdəki bir çox işdə, kofe içmənin sağlamlığımız üzərinə mənfi təsirə sahib olduğunu oxumuş və hətta xərçəngə səbəb olduğunu görüb üzülmüşsünüzdür. Ancaq bu fərziyyə doğru deyil.

Milan Universitetinin Klinik Tədqiqatları Şöbəsi və Mario Negri İnstitutu Epidemiyoloji Bölümü tərəfindən həyata keçirilən araşdırmada, kofe istehlakının əslində məmə xərçəngi və prostat xərçəngi riskini azaltdığı sübut edilmişdir.

4. Ürək-damar sisteminin müsbət təsirləri
Kofe içməyin səhv bilinən bir başqa xüsusiyyətlərindən biri də ürək üçün zərərli olduğu idi. Ancaq Sinqapur Milli Universiteti və Brigham Qadın Xəstəxanasından elm insanları tərəfindən həyata keçirilən bir neçə işdə, gündə 3-5 fincan kofe içən insanların üç qat daha az ürək narahatlığı yaşadıqlarını göstərdi.

Nəticələr 1 fincan içmək ilə 3 fincan içmək arasında çox böyük fərq olmadığını da göstərdi. Ancaq ümumiyyətlə təklif edilən gün ərzində 2 fincandan çox kofe istifadə etməməkdir.

5. Oynaq xəstəliklərin inkişafını azaldılması
Zəif bir metabolik vəziyyətdən qaynaqlanır və bədən toxumasında bəzi komponentlərin yığılmasına səbəb olur. Ancaq metabolizmin inkişafı səbəbiylə bağırsağın qarşısını almaq mümkün olduğunu düşünə bilərik. Bu fikir Harvard Tibb Məktəbi və Brigham Qadın Xəstəxanasının alimləri tərəfindən sübuta yetirilmişdir.

6. Tibb 2 Diabet Risklərini  Azaldır
Aarhus Universiteti və Xəstəxanası, Odense Universiteti Xəstəxanasından Danimarkalı elm insanları kofe içmənin Tip 2 diabet meydana gəlməsinə səbəb olmadığını sübut etdi. Kofedə olan Cafestol, əslində qlükozanın təsirində məruz qaldığında insulin səviyyəsini artırır və buna görə kofe içmək sizi diyabetdən qoruya bilər.

7. Vücudunuzdakı hər hüceyrəni yeniləyin
Kofedə olan antioksidantlar bədən hüceyrələri üzərində canlandırıcı bir təsirə malikdir. Seul’deki Ewha Universitetindən elm insanları, kofenin üzdəki kiçik qırışları aradan qaldırdığını və bədəndəki maye və protein itkisinin qarşısını aldığını iddia edirlər. Bu səbəblə nizamlı olaraq kofe içən insanlar digərlərinə nəzərən daha gənc görünür.

8. Yaşlılarda əzələ gücünü artırır
Coventry Universitetindən elm insanları, kafeinin yaşlılarda əzələ gücünü artırdığını kəşf etdi.

9. Uzun müddət yaşamağa kömək edir
Neil Murhpy, kofenin mütəlif səbəblərdən ölüm riskini azalda biləcəyini söyləyir. Təcrübə fərqli ölkələrdə aparılmış və nəticə nizamlı olaraq kofe içən insanların ölüm nisbətinin digərlərindən aşağı olması aşkr olunmuşdur.

 

 

Mənbə: http: //makersturkiye.com/kahve-icmenin-bilimle-kanitlanan-9-saglikli-faydasi/ – saytından tərcümə olunmuşdur.

Rəylər

Rəy

Bir cavab yazın

Your email address will not be published.