Mar 03

Mixəyin insana faydaları

Spread the love

Mixək yağı orqanizmə daxil olan bakteriya və viruslara qarşı güclü antiseptik təsir göstərir və ondan bir sıra virus xəstəlikləri və soyuqdəymə zamanı istifadə edilir.

Tərkibində olan P və PP vitaminləri damar divarını möhkəmlədərək selikli qişalarda ödemi aradan qaldırır, saya əzələlərin spazmını azaldır, burun tutulmaları və öskürək zamanı inhalyasiya şəklində tətbiq edilir.

Uçucu xarakterli efir yağları sinir sisteminə sakitləşdirir, gərginliyi aradan qaldırır və orqanizmi tonuslandırır. İsterik nevrozlar zamanı aromaterapiya şəklində istifadə edilərkən müalicənin səmərəsini artırır.

Mixək yağı ağız boşluğunun selikli qişası və diş ətinin qidalanmasını yaxşılaşdırmaq, regenerasiyasını artırmaq, iltihab əleyhinə təsir göstərmək xüsusiyyətlərinə malik olduğuna görə stomatologiyada geniş tədbiq edilir. Açıq sinir uclarına keyidici təsir göstərdiyinə görə mixək yağı diş ağrıları zamanı olduqca müsbət nəticə verir. Bəzən ondan müvəqqəti diş dolğusu kimi istifadə edilir.

Sarımsaq və soğan kimi qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən təsirli vasitələrdən biri hesab edilir.

Mixək efir yağı daxilə qəbul zamanı patogen mikroorqanizmlərlə yanaşı bağırsaq qurdlarını və göbələkləri də məhv edir, həzmi yaxşılaşdırır, qazqovucu təsir göstərir, güclü hıçqırıq zamanı diafraqma əzələlərində olan qıcolmaları aradan qaldıraraq vəziyyəti yüngülləşdirir.

Onun tərkibində olan maddələrin əksəriyyəti büzücü xarakterlidir, lakin bitki lifləri sayəsində bağırsaqların peristaltikasını tənzimləmək xüsusiyyətinə malikdir.

Mixək efir yağının tərkibində olan evgenoldan ginekologiyada geniş istifadə edilir. Uşaqlıq əzələlərinin yığılmasını gücləndirərək doğuşu asanlaşdırmaq xüsusiyyətinə malikdir, həmçinin uşaqlığın tonusunu artıraraq zəif və az olan menstruasiyanı tənzimləyir.

Vətəni İndoneziya olsa da, Madaqaskar, Hindistan, Tanzaniya, Şri-Lanka kimi bir sıra ölkələrdə də yetişdirilir. Əkiləndən 20 il sonra mixək ağacının çiçək qönçələri toplanaraq istifadə edilir. Ağac 50 ilə qədər ildə iki dəfə çiçəkləyərək çoxlu məhsul verir.

Mixək heyranedici dad və ətrinə görə bir sıra dünya ölkələrinin mətbəxində özünəməxsus yer tutur. Marinad, sous, pudinq, kisel, kompot və bir sıra şirniyyatlar, qənnadı məmulatları və xörəklərin hazırlanmasında ədviyyat kimi istifadə edilir. Uzun müddət qaynama prosesində dad və ətrini itirərək acılaşır. Ona görə də mixəyi bişirmə və ya dəmləmə prosesinin başa çatmasına 3-5 dəqiqə qalmış əlavə etmək lazımdır.

Mixəyin qönçələri evgenol, kariofillen, beta-mirsen, pinen kimi ətirli birləşmələrlə zəngindir. Tərkibində 20%-ə qədər efir yağı, qlikozidlər, kariofillen, oleanol turşusu, selik, humulen, piyli yağlar, aşı maddələri, A, B1, B2, PP, C vitaminləri, maqnezium, kalsium, natrium, fosfor və dəmir kimi minerallar var. Efir yağları mixəyə özünəməxsus ətir və yandırıcı dad verir.

Mixək efir yağı bir çox inkişaf etmiş ölkələrində dərman istehsalı zamanı istifadə edilir. Ondan yerli qıcıqlandırıcı, isidici, ağrıkəsici, iltihabəleyhinə təsir göstərən məlhəm, balzam və dərmanların hazırlanmasında istifadə edilir.

Mixək yağı orqanizmə daxil olan bakteriya və viruslara qarşı güclü antiseptik təsir göstərir və ondan bir sıra virus xəstəlikləri və soyuqdəymə zamanı istifadə edilir.

Tərkibində olan P və PP vitaminləri damar divarını möhkəmlədərək selikli qişalarda ödemi aradan qaldırır, saya əzələlərin spazmını azaldır, burun tutulmaları və öskürək zamanı inhalyasiya şəklində tətbiq edilir.

Uçucu xarakterli efir yağları sinir sisteminə sakitləşdirir, gərginliyi aradan qaldırır və orqanizmi tonuslandırır. İsterik nevrozlar zamanı aromaterapiya şəklində istifadə edilərkən müalicənin səmərəsini artırır.

Mixək yağı ağız boşluğunun selikli qişası və diş ətinin qidalanmasını yaxşılaşdırmaq, regenerasiyasını artırmaq, iltihab əleyhinə təsir göstərmək xüsusiyyətlərinə malik olduğuna görə stomatologiyada geniş tədbiq edilir. Açıq sinir uclarına keyidici təsir göstərdiyinə görə mixək yağı diş ağrıları zamanı olduqca müsbət nəticə verir. Bəzən ondan müvəqqəti diş dolğusu kimi istifadə edilir.

Sarımsaq və soğan kimi qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən təsirli vasitələrdən biri hesab edilir.

Rəylər

Rəy

Bir cavab yazın

Your email address will not be published.