May 17

Orucun fəzilətləri

Spread the love

 

Orucun fəziləti:
Peyğəmbər (sallallahu aleyhu vasəlləm) demişdir: “Cənnətdə Rayyan adlanan bir qapı var. Qiyamət günü bu qapıdan yalnız oruc tutanlar daxil ola bilər…” (əl-Buxari, 1896). “Ramazan ayını imanla, həm də savabını Allahdan istəyərək oruc tutan kimsənin keçmiş günahları bağışlanır” (əl-Buxarı, 1901).

Oruc tutan şəxs dili ilə günah etməkdən (söyüş söymək, qeybət etmək, böhtan atmaq və s.) çəkinməlidir.
Peyğəmbər ( sallallahu aleyhi vasəlləm) demişdir: “Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda, pis söz danışmasın! Onu söyənə və ya vurana: “Mən oruc tutmuşam”” desin (əl-Buxari, 1894). Peyğəmbər (sallallahu aleyhi vasəlləm) deyib: “Pis söz danışan və ona əməl edən şəxsin yemək-içməyini tərk edib, oruc tutmağına uca Allahın ehtiyacı yoxdur” (əl-Buxari, 1903).

Orucu pozan şeylər:

qəsdən qusmaq, İslamdan çıxmaq, bilərək yemək və içmək (əgər oruc tutan yaddan çıxararaq, yeyər və yaxud içərsə, onun orucu pozulmur), siqaret çəkmək, saqqız çeynəmək, qidalandırıcı iynələri vurdurmaq, bilərəkdən məni (sperma) ixrac etmək, aybaşı və doğuşdan sonrakı qanaxma (əgər günbatandan əvvəl olubsa), gündüz vaxtı cinsi əlaqəyə girmək.

Orucu pozmayan şeylər: ətir vurmaq, çimmək, iynə vurdurmaq (qidalandırıcı, yəni vitaminli iynələrdən başqa), göz damcılarından istifadə etmək, suyu udmamaq şərti ilə ağızı və burunu yaxalamaq, sürmə vurmaq, tüpürcəyi udmaq , həyat yoldaşını şəhvət olmadan öpmək (cinsi əlaqəyə girməmək şərti ilə). Qanın tibbi yoxlama üçün verilməsi caizdir .

Təravih namazları: məsciddə və ya istəyən evində də qıla bilər.Təravih namazı 8 rukətdir.Təravihdən sonra 3 rukət vitr namazı qılınır.
Təravih namazı işa namazından sonra qılınır.

Oruc tutanın, iftarını açarkən etdiyi dua:

Zəhəbə-z-zəmə’u vabtəlləti-l-uruq va səbətə-l-əcr in şə’Allah
(Allahın istəyi ilə susuzluq keçib getdi, damarlar islandı, Onun izni ilə savabı sübuta yetdi).

Allahummə inni əs’əlukə birahmətikə-l-ləti vasiat kullə şeyin ən təğfira li
(Allahım, Sənin hər şeyi əhatə edən mərhəmətinlə Sənə yalvarıram ki, məni bağışla).

Yaşar Qurbanov

Rəylər

Rəy

1 şərh

  1. I just want to say I am just all new to weblog and definitely liked your web-site. Likely I’m want to bookmark your site . You absolutely have fantastic well written articles. Thank you for sharing your web site.

Bir cavab yazın

Your email address will not be published.