İyn 11

Pozitiv enerji əldə etmək

Spread the love

Pozitiv enerji bizi xoşbəxt edən, sağlam və aktiv olmağımıza səbəb olan güc mənasında istifadə oluna bilər.

Pozitiv fikirlər həm bədənimiz, həm də düşüncələrimizlə bağlıdır. Buna görə də pozitiv enerji qazanmaq üçün fərqli metodlar tətbiq etmək mümkündür.

Pozitiv enerji qazanmaqda elm adamlarının məsləhətləri

Bu ifadələri psixoloqlar və sosial münasibətlər üzrə mütəxəssislər tövsiyə edir:

  • Həyatınızdakı bütün önəmli qərarları özünüz verin.
  • Həyatınızdan neqativ insanları çıxarın. Onlar həyatınıza mənfi təsir edəcəklər.
  • Hadisələri düzgün qiymətləndirərək fikir irəli sürməyə çalışın.
  • Nələrdənsə şikayət etməyi alışqanlıq halına gətirməyin. Şikayət etmək yerinə çarə tapmağa çalışın.
  • Maddi vəziyyətinizə və sağlamlığınıza uyğun olmayan xəyalların ardınca getməyin.
  • İnsanlarla mənasız müzakirələr etməyin.
  • Xoşunuza gəlməyən rəngləri əşyalarınızda və geyimlərinizdə istifadə etməyin.
  • Sağlamlığınızı qoruyun.
  • Şəxsi baxımınıza diqqət yetirin. Davamlı olaraq təmiz və səliqəli olarsınızsa pozitiv enerjiniz yüksək olar.
  • Yaşadığınız həyatın məhdud olduğunu unutmayın. Yəni bu həyatda müvəqqəti olduğunuzu unutmayın və yaşamağı dəyərləndirin.
  • Lazımsız əşyaları saxlamayın. Yəni, iş yerinizdə və ya evdə lazımsız əşyaları “Bir gün lazım olar” məntiqi ilə kənarda saxlamayın.
  • Geniş və işıqlı otaqlar seçin. Yaşayacağınız yer geniş olmalı və mütləq günəş şüaları düşməlidir.
  • Xəyalların ruhu zənginləşdirdiyini unutmayın və tez-tez xəyallar qurmaqdan çəkinməyin.
  • Həm eviniz,həm də siz xoş ətirli olmalısınız. İybilmə duyğusu ilə xoşbəxtlik hormonları arasında sıx əlaqə vardır.
  • Nə keçmiş, nə də gələcək… Hədəfiniz indiki zaman olmalıdır.

 

Mənbə: http://eskisevgiliyigerikazan.com

Rəylər

Rəy

Bir cavab yazın

Your email address will not be published.