İyn 07

Ramazanın sonunda bunu etməliyik

Spread the love

Uca Allah bu ayın sonunda sizə fitrə zəkatı verməyi əmr etmişdir. Miqdarı, ölkə əhalisinin qidası hesab olunan qida məhsulundan, bir “saa” (3 kq) qida məhsulu verməkdir. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) dediyi “saa” çəki vahidi, təxminən 3 kq-a bərabərdir. Kim 3 kq qida məhsulu sədəqə edərsə, üzərinə düşən vacibi etmişdir. Ehtiyat baxımından bir “saa” artıqlaması ilə 3 kq dəyərində hesablanmışdır.

Fitrə zəkatı oruc tutanın etdiyi səhvləri, günahları əfv edir. Bu həm də, bədənin zəkatıdır. Uca Allah mal-dövlətdən zəkat verməyi vacib etdiyi kimi, bədənin də zəkatını verməyi vacib etmişdir. Bu zəkat Muhəmməd ümmətindən olan hər kəsə, böyükdən kiçiyə, kişi və qadına, azad və kölə olan hər kəsə vacibdir.

Bu zəkatı bayram gecəsi (sabah bayramdırsa, bu gecə) kasıblara vermək lazımdır. Bunu bayramdan bir-iki gün öncə də vermək olar. Lakin daha yaxşı olar ki, hicri ayın yekunlaşmasını bildirən hilal görsəndikdən sonra bayram namazına qədər olan vaxt ərzində bu zəkatı çıxarasan. Kim zəkat çıxarmağı unudar, yaxud bunu çıxarmağın gərəkli olması haqda məlumatsız olar, bayram namazından sonra xatırlayarsa, o zaman bunu çıxartmalıdır. Bu, onun üçün sədəqə sayılacaq.

Qoy bu əməli tərk etməsin, gec də olsa, çıxartsın. Kim bunu bayram günü çıxartmazsa, gec də olsa çıxartsın. Heç bir halda bu əməli tərk etməsin. Çünki bu onun üçün vacibdir.

Bu zəkatı kasıb, fağır-füğəra və möhtac insanlara vermək lazımdır ki, bayram günü heç kəsə möhtac olmasınlar. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Bu gündə onları kiməsə möhtac qoymayın.” Beləliklə qoy onlar da insanlarla birlikdə sevinsinlər.

Mənbə: https://abubakr-mescidi.com/?p=26458

Rəylər

Rəy

Bir cavab yazın

Your email address will not be published.