İyn 06

Təbii ağrı kəsicilərlə ağrılarınızı sakitləşdirin

Spread the love

Gərgin qrafiklə işləyirsinizsə və ya daimi idman edirsinizsə, bel və əzələ ağrılarına alışıq ola bilərsiniz. Bəs bu ağrılardan necə qurtula bilərsiniz? Dərman qəbul etmək əvəzinə təbii üsullar daha effektiv və doğrudur. Ağrılarınızı götürəcək təbii ağrıkəsicilər bunlardır:

Günəşlə bel ağrılarından qurtulun!

Bel ağrılarından şikayətiniz varsa günəş şüalarından faydalanın. Günəş yəni D vitamini bədəndə seratonin və meratonin hormonun yaranmasına kömək edir. Bunun sayəsində bədən rahatlayır və ağrılar yüngülləşir. Bu üsulu tətbiq edərkən günəş qoruyucu kremdən istifadə etməyi unutmayın.

 

Kalsiumla krampları sakitləşdirin

Kramp ağrıları bəzən dözülməz hala gəlir. Aparılan araşdırmalar göstərirki, kalsiumla zəngin qidalar əzələlərə təsir edir və krampları azaldır. Kalsiumun əsas mənbəyi süd və süd məhsullarıdır. Bundan başqa kələm, ispanaq, brokoli, roka kimi yaşıl tərəvəzlərdə, kətən toxumu, badam və susam da kalsium ilə zəngindir.

Miqren və baş ağrılarına təbii çarə

Miqren və baş ağrılarına ən təbii çarə nanə və ya mentollu yağlar və jellerdir. Mentol ağrıya səbəb olan və beynə təsir edən sinir uclarını rahatladır. Boyun, alın, qulaq kimi həssas bölgələrə sürtərək ağrıları rahatlada bilərsiniz. Təmiz havada yürüş etmək də beynə gedən oksigenin miqdarını artıraraq sizi rahatlada bilər.

 

 

Əzələ ağrılarını vişnə ilə keçirin

 Əzələ ağrıları üçün evdə hazırlanan vişnə suyundan istifadə edə bilərsiniz. Araşdırmalar göstərirki, təbii vişnə suyu əzələ ağrılarını aradan qaldırır. Güclü antioksidantlarla zəngin vişnə, eyni zamanda bədəni sərbəst radikallara qarşı qoruyur və toksinlərdən təmizləyir. Əzələ ağrılarını sakitləşdirməyin digər yolu masajdır. Lavanta yağı və ya bibəriyə yağı ilə ağrıyan əzələlərinizi masaj edə bilərsiniz.

Təbii ağrı kəsiciləri öyrəndiniz. Əgər ağrılarınız daha şiddətlidirsə, həkimə müraciət etmənizi məsləhət görürük.

Mənbə: https://www.yuksektopuklar.com/

Rəylər

Rəy

Bir cavab yazın

Your email address will not be published.