May 31

Tərəvəzli düyü

Spread the love

Ərzaqlar:

(Ərzaqlar 4 nəfərlik götürülmüşdür)

Toyuq əti

1ədəd Soğan

1ədəd kök

1ədəd Bolqar bibəri

1ədəd pomidor

1ədəd yaşıl noxud (Qarox)

1kiçik banka Qarğıdalı

2diş sarımsak

2st düyü

Duz, istiot zövqə görə

Bişirmək üçün yağ

 

Hazırlanması:

Toyuğu duz və istiot vuraraq tavada rengi qızana kimi bişiririk. Kənara qoyub bir qədər gözlədirik. Soğanı saralana kimi qovururuq, digər tərəvəzləri də əlavə edərək 5dəqiqə qovurmağa davam edirik. Sonra su və bulyonu tərəvəzlərə əlavə edərək düyünü tökürük. Hamısını qarışdırırıq. 25-30dəqiqə düyü bişənə kimi bişiririk. Düyü bişdikdən sonra qarğıdalı və yaşıl noxudu əlavə edirik. Dayanmayadan qarışdırırıq. Ehtiyac olduqda su əlavə edirik. Duzun yetərincə olub-olmadığına nəzarət edirik. Sonra düyünün üzərinə toyuq ətini düzürük və 10 dəqiqə dəmə qoyuruq. Dəmə qoyarkən qabın qapağını dəsmal və ya A4 kağız vəqərlə bükürük, qapağı qabın üzərinə qoyuruq vam odda dəmə qoyuruq.

Nuş olsun!

 

Rəylər

Rəy

Bir cavab yazın

Your email address will not be published.